Ağdərədə mina hadisəsi zamanı bir nəfər xəsarət alıb
Ağdərədə mina hadisəsi baş verib.
Hadisə Ağdərə rayon Həsənqaya kəndi ərazisində qeydə alınıb. Şıxarx qəsəbə sakini Quliyev Qulu Tufan oğlu mina partlaması nəticəsində xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.