azturkxeber.az
http://azturkxeber.az

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Azərbaycana yola salınıb

09-07-2025

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Kiyevdən Azərbaycana yola salınıb.

Yolasalma mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, diaspor fəalları, uşaqların valideynləri iştirak ediblər.

Səfirliyin müşaviri Fərid Babayev bildirib ki, üç ildən çoxdur ölkəmiz müharibədən zərər çəkmiş ukraynalı uşaqları qəbul edərək onlara qayğı, istirahət, müalicə və mənəvi dəstək bəxş edir. Bu müddət ərzində 300-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib.

“Bu gün də növbəti qrup Azərbaycana yola düşür və orada onları yeni dostlar, parlaq təəssüratlar və Azərbaycan xalqının qəlbindən gələn qayğı gözləyir”, - deyə Fərid Babayev əlavə edib.

Ukrayna Milli Qvardiyasının xidmət rəisi Anjela Kravçenko bildirib ki, qrupa 9-16 yaş arasında olan 30 ukraynalı uşaq daxildir. Onlar reabilitasiya və psixoloji bərpa məqsədilə Azərbaycanda müvafiq proqramlarda iştirak edəcəklər.

“Azərbaycan Respublikasına dərin minnətdarlığımızı bildiririk. Bu ölkə çətin günlərdə bizə əl uzadaraq, uşaqlarımızın reabilitasiyasına və mənəvi bərpasına imkan yaratdı. Buradakı isti münasibət, qayğı və uşaqların üzündə parlayan sevinc dolu təəssüratlar bizim üçün əvəzolunmazdır. Gələcəkdə də bu əməkdaşlığın davam edəcəyinə və yeni dəvətlərin olacağına ümid edirik”, - deyə Anjela Kravçenko əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031