azturkxeber.az
http://azturkxeber.az

Türkiyənin ilk iqlim qanunu təsdiqlənib

09-07-2025

Türkiyənin ilk iqlim qanunu təsdiqlənib

Türkiyənin ilk iqlim qanunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı sənədə əsasən, rəsmi qəzetdə - “Resmi Gazete”də dərc olunaraq təsdiqlənib.

Türkiyənin iqlim dəyişikliyi ilə mübarizənin əsas prinsiplərinin müəyyən edildiyi qanuna görə, “ortaq, lakin fərqləndirilmiş məsuliyyət və nisbi imkanlar” əsas götürüləcək. Əsas prinsipləri bərabərlik, iqlim ədaləti, ehtiyatlılıq, iştirakçılıq, inteqrasiya, davamlılıq, şəffaflıq, ədalətli keçid və irəliləyiş yanaşmaları olan qanuna əsasən, yerli iqlim dəyişikliyinə dair fəaliyyət planları hazırlanacaq, ehtiyaclar və risklər müəyyənləşdiriləcək.

Qanunda iqlim dəyişikliyi ilə mübarizə, sera qazı emissiyalarının azaldılması, strategiya və fəaliyyət planlarının hazırlanması, bununla bağlı şəhərlərdə görüləcək tədbirlər, maliyyə və investisiya məsələləri, Emissiya Ticarət Sisteminin (ETS) yaradılması, sera qazı emissiyası yaradan müəssisələr üçün nəzərdə tutulan tətbiq, ozon qatını incəldən maddələrə, eləcə də sera qazı emissiyası və florlu qazlarla bağlı pozuntulara görə nəzərdə tutulan cəzalar, qanunun tətbiqi üçün keçid müddəti kimi maddələr yer alır.

Qeyd edək ki, bu qanunla Türkiyə, iqlim dəyişikliyinə qarşı hüquqi əsaslara dayanan ilk sistemli mübarizə dövrünə keçid edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031