azturkxeber.az
http://azturkxeber.az

Polis motosiklet, velosiped və skuter sürücüləri ilə profilaktik tədbirləri davam etdirir

09-07-2025

İkitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə polis əməkdaşları nəzarət və profilaktik tədbirləri gücləndirilmiş şəkildə davam etdirir.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevr edən, qırmızı işıqda keçən sürücülər müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır.

Sürücülərə qanunvericiliyin tələbləri izah olunur, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılır.

Polis motosiklet, moped, skuter və velosiped sürücülərinə müraciət edərək diqqətə çatdırır ki, təhlükəsizlik şəxsi seçim deyil, ictimai məsuliyyətdir, hər kəs qaydalara əməl etməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031