azturkxeber.az
http://azturkxeber.az

Hər beş yetkindən biri həddindən artıq köklük kateqoriyasına düşür - TƏDQİQAT

09-07-2025

ABŞ-da aparılan genişmiqyaslı tədqiqat artıq çəkili insanların 18,8 faizinin yeni obez kimi yenidən təsnif edildiyini ortaya qoyub.

Yeni tədqiqatın nəticələrinə əsasən, Avropa Obezitenin Tədqiqi Assosiasiyasının (EASO) yeni çərçivəsi piylənmənin müəyyənləşməsində edilməsində ənənəvi bədən kütləsi indeksindən (BKİ) daha həssas yanaşma təqdim edir.

“Annals of Internal Medicine” jurnalında dərc olunan araşdırmada ABŞ-da 1999-2018-ci illər arasında aparılan NHANES (Milli Sağlamlıq və Qidalanma Müayinəsi) məlumatları təhlil olunaraq 18–79 yaş arası 44 min 030 nəfər yetkinin antropometrik göstəriciləri və sağlamlıq vəziyyəti nəzərdən keçirilib. Tədqiqat nəticəsində məlum olub ki, daha əvvəl yalnız BKİ əsasında artıq çəkili kimi qəbul edilən insanların 18,8 faizi yeni çərçivəyə görə obez kimi təsnif olunur. Lakin bu yeni qrupun ölüm riski normal çəkili şəxslərlə müqayisədə oxşar səviyyədə qalıb. Ən çox rast gəlinən yanaşı xəstəliklər hipertoniya (79,9 faiz), artrit (33,2 faiz), diabet (15,6 faiz) və ürək-damar xəstəlikləri (10,5 faiz) olub. Ənənəvi BKİ 30 kiloqram/kvadratmetr və ya daha çox olan şəxslərdə isə ölüm riski 20 faiz yüksək müşahidə olunub. Maraqlıdır ki, ağır yanaşı xəstəlikləri olmayan normal çəkili şəxslərlə müqayisədə yeni obez kimi təsnif edilən şəxslərin ölüm riski 50 faiz daha yüksək olub. Lakin bu risk əlavə xəstəlikləri olan və normal çəkidə olan insanlarla müqayisədə fərqli deyil.

Tədqiqatçılar qeyd edirlər ki, EASO-nun yeni çərçivəsi piylənmə diaqnozunu daha erkən və dəqiq qoymaq üçün faydalı vasitə ola bilər. Bununla belə, bu yanaşmanın geniş şəkildə tətbiq olunması üçün əlavə elmi araşdırmalara ehtiyac olduğu vurğulanır. Eyni zamanda, bu yeni çərçivəyə əsasən piylənmə kimi tanınan şəxslərin müalicədən faydalanıb-faydalanmayacağı ilə bağlı əlavə tədqiqatların aparılması zərurəti də ortaya çıxır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031