azturkxeber.az
http://azturkxeber.az

Agentliyin həmtəşkilatçılığı ilə Malayziyada beynəlxalq tədbir keçirilib

09-07-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Malayziya hökumətinin İnsan Resursları Nazirliyinin tabeliyində Sosial Təminat Qurumunun (PERKESO) birgə təşkilatçılığı ilə Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində beynəlxalq tədbir keçirilib.

“İşaxtaranlara dəstək: İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin rəqəmsal platformalar üzrə ən yaxşı təcrübələri” mövzusunda baş tutan tədbirdə Azərbaycanı Agentliyin İdarə Heyəti sədrinin müavini Hasil Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirin açılış mərasimində çıxış edən Malayziyanın insan resursları naziri Encik Steven Sim Chee Keong təşkilatçılara təşəkkürünü bildirib. Tədbir çərçivəsində baş tutacaq seminar və vörkşopların müxtəlif ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi və təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

Tədbirdə çıxış edən sədr müavini qurumun həyata keçirdiyi rəqəmsal layihələri təqdim edib, “Əmək və məşğulluq” altsistemi, “Məzunların məşğulluq reytinqi” platforması və yaxın zamanda istifadəyə verilməsi planlaşdırılan yeni rəqəmsal həllər barədə ətraflı məlumat verib.

İki gün davam edən tədbirdə innovativ iş portalları, iş axtarışı texnologiyasında gələcək trendlər, işəgötürənlərin və dövlət qurumlarının məşğulluq sahəsindəki rolu kimi mövzularda təqdimatlar edilib, təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, beynəlxalq tədbirdə İƏT-in İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) 20-yə yaxın üzv ölkəsindən nümayəndələr iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031