"İkitərəfli əməkdaşlıq gündəliyi: çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsi təşkil olunub
“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsi çərçivəsində səkkizinci panel “İkitərəfli əməkdaşlıq gündəliyi: çağırışlar və imkanlar” mövzusunda olub.
Azərbaycanın xarici işlər nazirinin müavinləri Fariz Rzayev, Elnur Məmmədov, Yalçın Rəfiyev və Samir Şərifovun əsas natiqlər qismində iştirakı ilə keçirilən tədbir 4 blok üzrə baş tutub.
Panel müzakirəsi çərçivəsində ayrı-ayrı ölkələrlə mövcud ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətinin təhlili, bunun əsasında atılacaq gələcək addımlar, ikitərəfli əməkdaşlığın genişləndirilməsi mexanizmlərindən istifadə olunması kimi mövzular üzrə müzakirələr aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:



