azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan Muxtar Respublikasında Aşura Günü münasibətilə könüllü qanvermə aksiyası keçirilib

06-07-2025

Aksiya çərçivəsində Naxçıvan şəhərində yerləşən Heydər Məscidi, Sarvanlar və Pirqəmiş məscidləri ilə yanaşı, muxtar respublikanın rayonlarında da qanvermə tədbirləri həyata keçirilib.

Qan donorluğunun təşviqi və ehtiyacı olan xəstələr üçün qan ehtiyatlarının artırılması məqsədi daşıyan aksiya zamanı ümumilikdə 336 nəfərdən qan nümunəsi götürülüb, 168 litr qan tədarük olunub.

Aksiyanın təşkilində məqsəd dini və insani dəyərlərin vəhdətini nümayiş etdirmək, eyni zamanda tibb müəssisələrinin qan ehtiyatlarını təkmilləşdirmək olmuşdur. Qanvermə aksiyasına fəal şəkildə qatılan vətəndaşlara təşəkkür bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031