azturkxeber.az
http://azturkxeber.az

Bəxtihttps://azertag.az/files/2025/2/1200x630/17517554464674744569_1200x630.pngyar Vahabzadənin 100 iliyi münasibətilə “Ana dili” qiraət müsabiqəsi keçiriləcək

06-07-2025

Bəxtiyar Vahabzadənin 100 iliyi münasibətilə “Ana dili” qiraət müsabiqəsi keçiriləcək

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan İncəsənət Məktəbinin birgə təşkilatçılığı, “Obraz Coffee house”un dəstəyi ilə, xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə "Ana dili" adlı qiraət müsabiqəsi keçiriləcəkdir.

"Ana dili" adlı layihənin əsas məqsədi Azərbaycan dilinin gözəlliyini və zənginliyini gənc nəslə daha dərindən tanıtmaq, onları ədəbi irsimiz və poeziyamızla yaxından tanış etməkdir.

Bundan əlavə, uşaq, yeniyetmə və gənclərin bədii qiraət, səhnə mədəniyyəti və yaradıcı ifadə bacarıqlarının inkişaf etdirilməsi, gənc nəslin ədəbi düşüncə tərzi və estetik zövqünün formalaşdırılması, eləcə də milli dəyərlərə bağlı, yaradıcı və düşünən gəncliyin yetişdirilməsi məqsədilə bu kimi layihənin təşkilinə xüsusi önəm verilir.

Layihənin sonunda ən yaxşı bədii qiraət nümayiş etdirən I, II və III yerin qalibləri kubok, diplom və xüsusi hədiyyələrlə təltif olunacaqlar. Digər bütün iştirakçılara isə iştirakçı sertifikatı təqdim ediləcək.

Qeydiyyat linki: https://forms.gle/y8e3yirtxuB5Sphg7

Son qeydiyyat tarixi: 1 sentyabr 2025-ci il






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031