azturkxeber.az
http://azturkxeber.az

Klublararası dünya çempionatında ilk yarımfinalçı müəyyənləşib

05-07-2025

Klublararası dünya çempionatında ilk yarımfinalçı müəyyənləşib

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/4 final mərhələsinə start verilib.

İlk oyun günündə bir qarşılaşma keçirilib. Braziliyanın "Fluminense" klubu Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası ilə üz-üzə gəlib. Görüşdən 2:1 hesablı qələbə ilə ayrılan “Fluminense” yarımfinala vəsiqə qazanıb.

Digər matç isə iyulun 5-i səhərə yaxın, Bakı vaxtı ilə saat 05:00-da başlayacaq. Həmin görüşdə Braziliyanın digər təmsilçisi "Palmeyras" İngiltərənin "Çelsi" klubunu sınağa çəkəcək.

Klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031