azturkxeber.az
http://azturkxeber.az

Çexiya Parlamenti bir sıra hüquq pozuntuları üçün alternativ cəza tədbirlərini təsdiqləyib

05-07-2025

Çexiya Parlamenti bir sıra hüquq pozuntuları üçün alternativ cəza tədbirlərini təsdiqləyib

Çexiya Senatı hökumətin təklifinə əsasən məhbusların və təkrar cinayətlərin sayının azalmasına, eləcə də büdcə xərclərinə qənaət edilməsinə səbəb olacaq Cinayət Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Qərar bəzi senatorların, hətta daha ciddi cinayət və hüquq pozuntularına görə sərbəst şəkildə pul cərimələrinin təyin olunmasının mümkünlüyünə dair narahatlıqlarına baxmayaraq qəbul edilib.

Dəyişikliklər alternativ cəza növlərinə üstünlük verir və bəzi əməlləri, məsələn, alimentin ödənilməməsini qismən cinayət məsuliyyətindən azad edir. Bundan əlavə, narkotik təsirli bitkilərin yetişdirilməsi və saxlanması ilə bağlı qaydalar da yumşaldılır. Prezidentin imzasına göndərilən qanun layihəsi həmçinin “uşaq sertifikatı”nın tətbiqini və nasist, kommunist fəaliyyətə görə birbaşa cinayət məsuliyyətinin müəyyənləşdirilməsini nəzərdə tutur.

Qəbul olunmuş dəyişikliklərə əsasən, məhkəmələr ağır cinayətlər və ailə zorakılığı halları istisna olmaqla, bir çox cinayətlərə görə sərbəst şəkildə pul cəriməsi təyin edə biləcək. Bəzi senatorlar bu müdd






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031