azturkxeber.az
http://azturkxeber.az

5 iyul Azərbaycanın görkəmli diplomatı və siyasətçisi, mərhum Yaşar Tofiq oğlu Əliyevin doğum günüdür

05-07-2025

5 iyul Tibb Elmıəri Doktoru, Professor mərhum Yaşar Tofiq oğlu Əliyevin doğum günüdür

Bu gün Azərbaycanın görkəmli diplomatı və siyasətçisi, mərhum Yaşar Tofiq oğlu Əliyevin doğum günüdür. O, öz həyatını Vətənə xidmətə həsr etmiş, dövlətçilik tariximizdə mühüm iz qoymuş şəxsiyyətlərdən biri olub. Bir müddət səhiyyə sahəsində çalışıb, daha sonra siyasi arenaya daxil olub.

Yaşar Əliyev Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, eləcə də Milli Məclis sədrinin müavini və Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini kimi məsuliyyətli vəzifələrdə çalışmışdır. Onun fəaliyyəti yalnız ölkə daxilində deyil, həm də beynəlxalq arenada yüksək qiymətləndirilmişdir.

Diplomatik sahədə də böyük uğurlara imza atmış Yaşar Əliyev Azərbaycanın Çin Xalq Respublikasında, Vyetnamda, Cənubi Koreyada, Şimali Koreyada və Monqolustanda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərmişdir. Onun səyləri nəticəsində Azərbaycan ilə bu ölkələr arasında diplomatik əlaqələr güclənmiş, ölkəmizin maraqları uğurla qorunmuşdur.

Yaşar Əliyev xarici ölkələrdə təhsil alan Azərbaycan gənclərinə daim diqqət və qayğı ilə yanaşmış, onların qarşılaşdıqları çətinliklərdə hər zaman yanlarında olmuşdur. Onun göstərdiyi dəstək gənclərin təhsil imkanlarının genişlənməsinə və ölkəmizi layiqincə təmsil etmələrinə mühüm töhfə vermişdir.

Yaşar Əliyevin dövlətə və xalqa verdiyi töhfələr hər zaman ehtiramla xatırlanacaq. Onun xatirəsi qəlblərdə yaşayacaq və gələcək nəsillər üçün nümunə olacaqdır.

Allah rəhmət eləsin!

Sahilə Bayramlı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031