azturkxeber.az
http://azturkxeber.az

TƏBİB-in icraçı direktoru vətəndaşlarla görüşüb

04-07-2025

Prezident İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu tapşırıqların icrası məqsədilə keçirilən görüşdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

TƏBİB-dən verilən məlumata görə, müayinə, müalicə, işlə təminolunma, əməkhaqqı və digər mövzuları əhatə edən müraciətlər dinlənilib və bir sıra məsələlər yerində həll olunub.

Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031