azturkxeber.az
http://azturkxeber.az

SXA daha 175 məhkumla bağlı qiymətləndirmə aparıb

04-07-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) əməkdaşları daha 8 cəzaçəkmə müəssisəsində cəza çəkməkdən azad edilməsinə üç ay qalmış məhkumlarla görüşlər keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Penitensiar xidmətin 7, 14 və 15 saylı cəzaçəkmə müəssisələrində, Şəki və Qobustan penitensiar müəssisələrində, həmçinin Bakı, 2 və 3 saylı istintaq təcridxanalarında təşkil olunan görüşlərdə agentliyin fəaliyyət sahələri barədə məlumat verilib.

Habelə cəza çəkməkdən azad olan şəxslərin sosial reabilitasiyası və adaptasiyası tədbirləri diqqətə çatdırılıb. Həmin şəxslərin ailələrinə səfərlərin təşkil edildiyi, onlarla aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq müvafiq xidmətlərə cəlb edildikləri bildirilib, məhkumları maraqlandıran suallar cavablandırılıb.

Həmin cəzaçəkmə müəssisələrində cəzasının başa çatmasına üç ay qalmış 175 nəfər məhkumla əlaqəli məlumatlar toplanıb və qiymətləndirmə həyata keçirilib. Həmin şəxslər azadlığa çıxdıqdan sonra onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031