Naxçıvanda kənd təsərrüfatının siyahıyaalınması istiqamətində işlər görülür
Naxçıvanda 723 nəfər, o cümlədən 63 təlimatçı-nəzarətçi, 641 sayıcı və 19 ehtiyat sayıcı ilə xidmətlər üzrə satınalma müqaviləsi imzalanıb.
Naxçıvan Muxtar Respublikası Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, müqavilə imzalanan şəxslərin 73-ü Naxçıvan şəhərinin, 186-sı Şərur, 139-u Babək, 102-si Ordubad, 77-si Culfa, 54-ü Kəngərli, 45-i Şahbuz və 47-si Sədərək rayonlarının payına düşür.
Siyahıyaalmanın aparılması üçün ötən dövr ərzində aidiyyəti strukturlarla birlikdə müəyyən işlər görülüb, kənd təsərrüfatı məhsulu istehsalçılarını siyahıyaalmaya cəlb etmək məqsədilə 16 plakat-bannerin və 2160 plakatın muxtar respublikanın yaşayış məntəqələrində müəyyən edilmiş dislokasiyalar üzrə yerləşdirilməsi təmin edilib.
İyulun 15-dən avqustun 15-dək keçiriləcək kənd təsərrüfatının siyahıyaalınması nəticəsində təsərrüfatların istehsal fəaliyyəti, o cümlədən torpaqlardan istifadə və onların suvarılması vəziyyəti, istifadə edilən toxumların mənbəyi, gübrə və pestisidlərdən istifadə və s. barədə aktual məlumatların əldə edilməsinə imkan yaranacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:

