Körfəz Ərəb Dövlətləri vahid turist vizasının tətbiqinə başlayacaq

Yaxın vaxtlarda Körfəz Ərəb Dövlətlərinin vahid turist vizası olacaq.
Bunu Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Baş katibi Casim əl-Budeyvi üzv dövlətlərin pasport idarələrinin Baş direktorlarının Ər-Riyadda keçirilmiş 39-cu görüşündə bildirib.
Tədbirdə, həmçinin vahid turist vizası ilə bağlı texniki şöbələrin gördüyü işlər müzakirə olunub.
Qeyd edək ki, 2023-cü ildə Əməkdaşlıq Şurasının üzvləri Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Bəhreyn, Küveyt və Oman Şengen zonası modelində vahid viza zonasının yaradılması qərarına gəliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: