azturkxeber.az
http://azturkxeber.az

Karlovı Varı Beynəlxalq Kinofestivalında 9 saatlıq film nümayiş olunacaq

04-07-2025

Karlovı Varı Beynəlxalq Kinofestivalında 9 saatlıq film nümayiş olunacaq

59-cu Karlovı Varı Beynəlxalq Kinofestivalında (KIFF) ən qısa film üç dəqiqə, ən uzun çəkən film isə doqquz saatdan çox davam edəcək.

Müsabiqə bölmələrindəki filmlərin əksəriyyəti dünya və ya Avropa premyeraları çərçivəsində nümayiş etdiriləcək. Festivalın bədii rəhbəri Karel Ox bildirib ki, nümayiş proqramına 132 tammetrajlı film daxildir.

Oxun sözlərinə görə, festivalda ən qısa ekran əsəri üç dəqiqəlik Zvířomuzikál (çex dilində başlıq) alman uşaq filmi olacaq. Ən uzun çəkən filmlər kateqoriyasına Holokostun bilavasitə iştirakçılarının müsahibələrindən ibarət Klod Lanzmanın monumental epik “Şoa” sənədli filmi daxildir. Doqquz saatdan çox davam edən film festivalda iyulun 4-ü, 12-si nümayiş olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031