azturkxeber.az
http://azturkxeber.az

İzmirdəki yanğında bir meşə işçisi həlak olub

04-07-2025

İzmirdəki yanğında bir meşə işçisi həlak olub

Türkiyənin İzmir vilayətinin Ödemiş rayonunda baş verən yanğında bir meşə işçisi həlak olub.

Bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı açıqlama verib.

Nazir hadisə yerində bir sürücünün də ağır yaralandığını bildirib. Bundan əlavə, yanğında 80 yaşlı yataq xəstəsinin də həyatını itirdiyi bildirilir.

Türkiyədə daha bir meşə yanğını İstanbulda baş verib.

Şəhərin Silivri rayonunda meydana gələn yanğınla bağlı İstanbul Valiliyi açıqlama verib.

Bildirilib ki, bölgəyə 7 təyyarə, 3 helikopter, çox sayda texnika və 691 nəfərdən ibarət işçi heyəti cəlb edilib. Qabaqlayıcı tədbir olaraq 50 mənzillik bölgə təxliyə olunub. Yanğından indiyədək 100 hektarlıq meşə ərazisi zərər görüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031