azturkxeber.az
http://azturkxeber.az

Finlandiyada ticarət mərkəzində bıçaqlanma: 4 yaralı, hücum edən şəxs həbs olunub

04-07-2025

Finlandiyada ticarət mərkəzində bıçaqlanma: 4 yaralı, hücum edən şəxs həbs olunub

Finlandiyanın Tampere şəhərindəki “Ratina” ticarət mərkəzinin yaxınlığında bıçaqlı hücum olub.

Azturkxeber.az Finlandiya polisinin açıqlamasına istinadla xəbər verir ki, hücum nəticəsində 4 nəfər xəsarət alıb. Onların vəziyyəti barədə hələlik məlumat verilmir.

Təxminən 20 yaşlarında olan hücum edən şəxs hadisə yerində polislər tərəfindən saxlanılıb.

Bıçaqlı hücum ticarət mərkəzinə gələnlərin həyəcanına səbəb olub.

Hadisədən sonra polis ticarət mərkəzini və ona bitişik meydanı mühasirəyə alıb. Axşama yaxın kordon qaldırılıb. Polis hadisənin başvermə səbəblərini araşdırmaqda davam edir və şahid ifadələrini toplayır.

Hücum edənin motivləri və hərəkətlərinin xarakteri hələ ki, məlum deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031