azturkxeber.az
http://azturkxeber.az

Çində Şanxay Əməkdaşlıq Təşkilatının xalq diplomatiyası forumu keçirilir

04-07-2025

Çində Şanxay Əməkdaşlıq Təşkilatının xalq diplomatiyası forumu keçirilir

Çinin Şenyan şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) xalq diplomatiyası və qardaşlaşmış şəhərlər forumu keçirilir.

Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin və Liaonin əyalət hökumətinin birgə təşkil etdiyi foruma ŞƏT-in üzvü, müşahidəçisi və dialoq üzrə tərəfdaşı olan ölkələrin rəsmi şəxsləri, dövlət və hökumət qurumlarının, ictimai təşkilatların, araşdırma mərkəzlərinin nümayəndələri, elm adamları, ümumilikdə 400-dən çox iştirakçı qatılıb.

“Xalqlar arasında dostluğun möhkəmləndirilməsi, dayanıqlı inkişafın gücləndirilməsi” mövzusuna həsr olunan forumda Azərbaycanı Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi parlament nümayəndə heyəti təmsil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031