azturkxeber.az
http://azturkxeber.az

Çin avtomobilləri Mərkəzi Avropadakı payını genişləndirir

04-07-2025

Çin avtomobilləri Mərkəzi Avropadakı payını genişləndirir

Çinin ən böyük avtomobil ixracatçısı olan “Chery” şirkəti “Astana Motors”un regional ofisi ilə tərəfdaşlıq sazişi çərçivəsində Çexiya, Slovakiya və Polşa bazarlarına rəsmi şəkildə daxil olub.

Bu ölkələrdə satışın payızda başlayacağı gözlənilir. Modellər əsasən “plug-in” (qoşulan) hibrid və ənənəvi daxili yanma mühərrikli SUV “Chery Tiggo 7” və “Chery Tiggo 8” olacaq.

“Biz ekoloji cəhətdən təmiz və sərfəli avtomobillərə sabit tələbat görürük. Çexiyalı müştərilərə qabaqcıl texnologiyalar və yüksək komfortlu krossoverlər təklif etmək istəyirik”, - deyə şirkətin Praqadakı direktoru Aleks Çjan bildirib.

“Chery” 110-dan çox ölkə və regionda fəaliyyət göstərir. Bu gün şirkətin 15 milyondan çox istifadəçisi var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031