azturkxeber.az
http://azturkxeber.az

Bakıda elektrikli velosipedlərin parkı genişlənir

04-07-2025

Bakıda elektrikli velosipedlərin parkı genişlənir

Bakıda mikromobilliyin inkişaf etdirilməsi prosesi davam edir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qurum tərəfindən infrastrukturun genişləndirilməsi, velosiped və skuterlərlə rahat və təhlükəsiz hərəkət üçün mikromobillik zolaqlarının uzunluğunun artırılması və onların bağlılığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə paralel olaraq, velosiped parkının genişləndirilməsi üçün də addımlar atılır.

Belə ki, artan tələbatı nəzərə alaraq, APAR şirkəti bu günlərdə paytaxta yeni elektrikli velosipedlərin gətirilməsi və istifadəyə verilməsini təmin edib. Müasir rəqəmsal texnologiyalar əsasında yaradılmış platformadan istifadə edərək velosiped həvəskarları onları şəhərin müxtəlif yerlərində yaradılmış məntəqələrdə icarəyə götürə bilərlər.

Yeni velosipedlər ən son texnologiyalar əsasında yaradılıb və əvvəlki modellərlə müqayisədə bir sıra üstünlüyə malikdir. Konstruksiyanın təkmilləşdirilməsi sayəsində onlar istismarda daha praktikdir, yeni erqonomik dizayna və daha az çəkiyə malikdir, hərəkət sürətini və batareyanın doldurulma səviyyəsini göstərən displeylə təchiz edilib. Oturacağın hündürlüyünü insan boyuna daha dəqiq uyğunlaşdırmaq mümkündür ki, bu da hərəkət zamanı rahatlığı və təhlükəsizliyi təmin edir.

Mikromobillik infrastrukturunun daha da inkişaf etdirilməsi, velosiped və skuter parkının yenilənməsi üzrə işlər davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031