azturkxeber.az
http://azturkxeber.az

Yekaterinburqda səkkizinci azərbaycanlı həbs edilib - YENİLƏNİB

02-07-2025

Yekaterinburqda səkkizinci azərbaycanlı həbs edilib - YENİLƏNİB

Yekaterinburqun Lenin Rayon Məhkəməsi istintaq təcridxanasına daha bir azərbaycanlını - Əziz Abasovu göndərib.

Yerli media daha əvvəl Kamal Səfərov barəsində həbs qətimkan tədbiri seçildiyi barədə məlumat yayıb. K.Səfərov bildirib ki, o, ailəlidir və iki yetkinlik yaşına çatmış övladı var. Texnikumda qaynaqçı ixtisası üzrə təhsil alıb, fərdi sahibkardır. “Xəstəxanaya düşdüm. Bu gün məni istintaq komitəsinə çağırdılar, sonra məhkəməyə gətirdilər”, - deyə o, hakimin suallarını cavablandırıb.

Daha sonra Əziz Abasovun məhkəməsi keçirilib. O, 1968-ci ildə anadan olub, evlidir, övladı yoxdur. Fərdi sahibkardır. Bundan əvvəl məhkum olunmayıb. Hər iki təqsirləndirilən şəxs barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilib. Onlardan heç biri özünü təqsirli bilmir.

21:31

Yekaterinburqun Lenin Rayon Məhkəməsi istintaqın vəsatətini təmin edərək Azərbaycan diasporunun üzvlərinə qarşı iş üzrə yeddinci təqsirləndirilən şəxs Kamal Səfərov barəsində həbs qətimkan tədbiri seçib.

Bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib. Rəsmi açıqlamaya görə, Səfərov barəsində 2025-ci il iyulun 19-dək müddətə həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031