Karateçilərimiz Xorvatiyada bürünc medal qazandılar

26-29 iyun tarixlərində Xorvatiyanın Poreç şəhərində keçirilən "Karate1 Youth League və Parakarate Cup" turnirlərində Azərbaycan təmsilçiləri uğurla çıxış ediblər.
Orucova Gülay 16-17 yaş qrupunda -59 kq çəki dərəcəsində, parakarate yığma komandasının üzvü Aslan Ərcan isə K21 kateqoriyasında bürünc medal qazanıblar.
Qeyd edək ki, hər iki karateçimizin şəxsi məşqçisi Sənan Cəfərovdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: