azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanlı bəstəkarın əsərləri beynəlxalq layihədə səsləndirilib

27-06-2025

Almaniyanın Detmold şəhərində fəaliyyət göstərən azərbaycanlı bəstəkar Xədicə Zeynalovanın əsərləri Berlində keçirilən "Komponistinnen Piano Marathon" (Qadın bəstəkarların piano marafonu) adlı beynəlxalq layihədə ifa olunub.

Almaniyada yaşayan pianoçu Fidan Ağayeva-Edlerin təşəbbüsü ilə gerçəkləşən layihədə 250-dən artıq qadın bəstəkarın əsərlərinə yer verilib. Dünya bəstəkarlıq məktəbinin nümayəndələri ilə yanaşı, azərbaycanlı bəstəkarların – Firəngiz Əlizadə, Xədicə Zeynalova və Rəhilə Həsənovanın əsərləri də proqramda təqdim edilib.

Tədbirdə Xədicə Zeynalovanın solo fortepiano üçün yazdığı "Fantasy" (Fantaziya), soprano və fortepiano üçün bəstələdiyi "Winter Gesänge" (Qış sərlövhələri) adlı əsərləri pianoçu Fidan Ağayeva-Edler, soprano Nina Guo və pianoçu Mareik Haynın ifasında səsləndirilib.

Bakı Musiqi Akademiyasının məzunu olan Xədicə Zeynalova 2005-ci ildən Almaniyada yaşayır. Onun bəstələdiyi "İn memoriam Kara Karayev", "İn memoriam Ludwig van Beethoven", beş hissəli "Qarabağ suitası", "Qarabağ həsrəti", "Odlar ölkəsi" və digər əsərləri dünyanın müxtəlif ölkələrində maraqla qarş






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30