azturkxeber.az
http://azturkxeber.az

ABŞ-da soydaşımızın solo konserti və ustad dərsi olub

11-03-2025


ABŞ-ın Arlinqton şəhərindəki Texas Universitetində azərbaycanlı pianoçu Fidan Ağayeva-Edlerin solo konserti və ustad dərsi olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Komitənin və Azərbaycan-Amerika Musiqi Fondunun dəstəyi ilə keçirilən konsertdə Türkər Qasımzadə, Rəhilə Həsənova, Ayaz Qəmbərli, Firəngiz Əlizadə, Arnold Şönberq, Corc Kramb və Çaya Çernovinin əsərləri ifa edilib.

Bununla yanaşı, universitetin tələbələri üçün ustad dərsləri də keçirilib. Fidan Ağayeva-Edler öz zəngin təcrübəsi, bilik və bacarıqlarını tələbələrlə bölüşüb. Bu dərslər gənclərin müasir fortepiano ifaçılığına dair dərin biliklər qazanmasına imkan yaradıb.

Qeyd edək ki, Almaniyada yaşayan Fidan Ağayeva-Edler dünya pianoçuları arasında öz müasir ifaları və peşəkarlığı ilə seçilir, musiqisevərlərin rəğbəti ilə qarşılanır. O, Berlinin müasir musiqi həyatında aktiv fəaliyyət göstərməklə yanaşı, bəstəkarlarla da sıx əməkdaşlıq edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31