3-cü Divizionda yer alan Azərbaycan milli komandasının ilk yarış günündə mübarizəyə qoşulan üzvlərindən Əlhəm Nağıyev və Lamiyə Vəliyeva ilk üçlüyə düşüb. Nağıyev 100 metr məsafəyə qaçışda 10.42 saniyə nəticə ilə 14 atletin mübarizə apardığı yarışda 1-ci yeri tutub. Eyni məsafəyə qaçışda qadınların mübarizəsində Lamiyə Vəliyeva 11.62 saniyə göstərici ilə 2-ci olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.