azturkxeber.az
http://azturkxeber.az

Nizami rayonunda tibbi maska ilə kamuflyaj olunaraq quldurluq edən şəxs saxlanılıb

20-06-2025

Paytaxtın Nizami rayonunda quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs üzünü gizlətmək üçün tibbi maska ilə kamuflyaj olunaraq əvvəlcə vətəndaşların birini təqib edib və onun bankomatda pul vəsaitini nağdlaşdırmasını gözləyib. Daha sonra insanların sıx olmadığı bir ərazidə ona yaxınlaşaraq fiziki güc tətbiq edib və zərərçəkənə məxsus mobil telefon, içərisində 745 manat nağd pul, bank kartı, şəxsiyyət vəsiqəsi olan cüzdanı ələ keçirib.

Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə quldurluq əməlini törətməkdə təqsirli bilinən, əvvəllər də məhkum olunmuş 28 yaşlı Ramin Tağıyev saxlanılıb. Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı Cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30