azturkxeber.az
http://azturkxeber.az

Cəbrayıl, Zəngilan və Laçında növbəti əmək yarmarkaları keçiriləcək

20-06-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl, Laçın və Zəngilan rayonlarında növbəti əmək yarmarkaları keçirəcək.

Yarmarkalar:

Cəbrayılda iyunun 23-ü saat 15:00-da “Yapıncı Tekstil” tikiş sexində,

Zəngilanda iyunun 24-ü saat 14:00-da “Ağalı” hoteldə,

Laçında iyunun 25-i saat 11:00-da Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın rayon xidmət şöbəsində

təşkil olunacaq.

Bu aktiv məşğulluq tədbirlərində ümumilikdə 5 işəgötürən tərəfindən 60 vakansiya (tikişçi, xalçaçı, elektrik, santexnik, operator, təsərrüfatçı, bənna, aşpaz, bağban və s.) təqdim olunacaq.

Tədbirə qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri barədə məlumat veriləcək, uyğun namizədlərin qeydiyyatı aparılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30