Ombudsmanların Beynəlxalq Simpoziumu çərçivəsində “Hər kəs üçün bərabər hüquqların təmin edilməsi: müsbət təcrübələr və çətinliklər” mövzusunda panel sessiyası keçirilib
Ombudsmanların Beynəlxalq Simpoziumu çərçivəsində “Hər kəs üçün bərabər hüquqların təmin edilməsi: müsbət təcrübələr və çətinliklər” mövzusunda panel sessiyası keçirilib.
Panel sessiyada moderator qismində Monteneqronun İnsan Hüquqlarının və Azadlıqlarının Müdafiəçisinin müavini Nerma Dobardziç, Oman İnsan Hüquqları Komissiyasının sədri Raşid Hamad Al Baluşi (videomüraciətlə), Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov, Özbəkistan Respublikasının Milli İnsan Hüquqları Mərkəzinin Direktorunun birinci müavini Mirzatilla Tillabayev, Misirin Milli İnsan Hüquqları Şurasının Baş katibi Hani İbrahim və Monqolustanın Milli İnsan Hüquqları Komissiyasının Müvəkkili Enkhbold Batzeveg isə çıxışçı qismində iştirak iştirak ediblər.