“Konstitusiya və Suverenlik İli” və İnsan Hüquqları Gününə Həsr Olunan Ombudsmanların Beynəlxalq Simpoziumu: Qanunun aliliyinin Gücləndirilməsində Ombudsmanların rolu
“Konstitusiya və Suverenlik İli” və 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir.
Tədbirin rəsmi açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da iştirak edib.
Tədbirdə 15-dək ölkədən ombudsman və milli insan hüquqları təsisatlarının rəhbərləri və nümayəndələri, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, deputatlar, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində təcrübəli ekspertlər iştirak edirlər.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman