azturkxeber.az
http://azturkxeber.az

İlk Konstitusiyada Qanunun Aliliyi və Hüquqi Dövlətin Qurulmasıdır -SƏBİNƏ ƏLİYEVA

18-06-2025

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu, ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında bəyan edilən niyyətlərdən biri də qanunun aliliyini təmin edən hüquqi və dünyəvi dövlətin qurulmasıdır.

Azturkxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakı şəhərində keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda söyləyib.

“Qanunun aliliyi təkcə cəmiyyətin ədalətli və dayanıqlı inkişafının təməl daşı deyil, həm də insan hüquq və azadlıqlarının ən mühüm təminatçısıdır. Bu baxımdan, Konstitusiyada insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunması, habelə bu ali məqsədin həyata keçirilməsində məsul olan, konstitusion statusa malik Ombudsman təsisatının yaradılması ölkəmizdə insan hüquqlarına verilən ən yüksək dəyərintəzahürüdür”, - deyə Azərbaycan Ombudsmanı bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30