azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Serbiya ombudsmanları arasında Anlaşma Memorandumu imzalanıb

18-06-2025

Ombudsmanların Beynəlxalq Simpoziumu çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə Serbiya Respublikasının Vətəndaşlarının Müdafiəçisi Zoran Paşaliç arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Memorandumun imzalanmasında əsas məqsəd qurumlar arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində təcrübə və informasiya mübadiləsinin aparılması, institusional əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsidir.

Ombudsman Səbinə Əliyeva imzalanmış Anlaşma Memorandumunun hər iki ölkənin ombudsman təsisatları arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə şərait yaradacağını qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30