azturkxeber.az
http://azturkxeber.az

“İnsan Hüquqları Aylığı” çərçivəsində “Hüquqlarımızı bilək, ayrı-seçkiliyə məruz qalmayaq!” adlı maarifləndirici vəsait hazırlanıb

16-06-2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində ayrı-seçkiliyin qarşısının alınması və bərabərlik hüququnun təmini sahəsində məlumatlılığın artırılması məqsədilə “Hüquqlarımızı bilək, ayrı-seçkiliyə məruz qalmayaq!” adlı maarifləndirici vəsait hazırlanıb.

Azərbaycan və ingilis dillərində hazırlanmış vəsaitdə bərabərlik hüququnun təmin edilməsi istiqamətində Ombudsmanın mandatı, müvafiq sahə üzrə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklər, habelə beynəlxalq və milliqanunvericilik aktlarında bərabərlik və ayrı-seçkiliyə məruz qalmama hüquqları barədə məlumatlar öz əksini tapıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30