azturkxeber.az
http://azturkxeber.az

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

15-06-2025

Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub.

Sonuncu yarış günündə idmançılar final mərhələsində çıxış ediblər.

Azərbaycan təmsilçiləri turniri 2 qızıl və 2 gümüş medalla başa vurublar.

Anahita Bəşiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadın qrupu bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kişi cütlüklərin yarışında Murad Rəfiyev və Daniel Abbasov qızıl medala sahib çıxıb.

Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihdən ibarət kişi qrupu ilə Milana Əliyeva və Sabir Ağayevdən ibarət qarışıq cütlük gümüş mükafata yiyələnib.

Qeyd edək ki, üç gün davam edən turnirdə yeddi ölkədən - Azərbaycan, Çin, Almaniya, Ukrayna, Qazaxıstan, Hindistan və Özbəkistandan 63 idmançı mübarizə aparıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30