Küveytdə külli miqdarda narkotik maddə müsadirə edilib
Küveytin hüquq-mühafizə orqanları 200 kiloqram metamfetamin tərkibli narkotik maddə müsadirə edib.
Narkotik maddənin ümumi dəyərinin 4,8 milyon dollar təşkil etdiyi bildirilir. Küveyt Daxili İşlər Nazirliyinin məlumatına əsasən, bu, böyük miqdarda narkotik vasitənin müsadirə edilməsi əməliyyatlarından biridir.