azturkxeber.az
http://azturkxeber.az

BMT ekspertləri Kir Starmerin Çaqos adaları üzrə razılaşmasının dayandırılmasını tələb edir

11-06-2025

BMT ekspertləri Kir Starmerin Çaqos adaları üzrə razılaşmasının dayandırılmasını tələb edir

Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi məruzəçiləri Böyük Britaniyanın Baş naziri Kir Starmerin Mavriki ilə Çaqos adalarına dair imzaladığı razılaşmanın dayandırılmasına çağırıblar.

Ekspertlər bu razılaşmanın Çaqos icmasının hüquqlarını təmin etmədiyini bildiriblər.

BMT-nin xüsusi məruzəçiləri Nikolas Levrat, KP Aşvini, Bernar Dyuem və Bina Dkosta sözügedən razılaşmanı tənqid edərək, onun Çaqos sakinlərinin hüquqlarını qorumaqda ciddi çatışmazlıqlar daşıdığını bəyan ediblər. Sazişə əsasən, Böyük Britaniya Çaqosun suverenliyini Mavrikiyə qaytarır və əvəzində Dieqo Qarsiyada yerləşən Böyük Britaniya–ABŞ hərbi bazası 99 illik müddətə illik 101 milyon funt-sterlinq qarşılığında yenidən icarəyə götürülür.

Qeyd edək ki, ötən ay Kir Starmerin hökuməti Çaqos icmasının nümayəndələrinin bu sazişə qarşı Ali Məhkəməyə apellyasiya şikayəti verməsinin qarşısını almaq üçün sürətli addımlar atmışdı. Bu səbəbdən Baş nazir artıq sazişi imzaladıqdan bir neçə həftə sonra onu müvəqqəti dayandırmağa çağıran çoxsaylı tənqidlərin hədəfinə çevrilib.

BMT ekspertlərinin sərt reaksiyası fonunda Mühafizəkarlar Partiyası parlamentə bu sazişin qüvvəyə minməsinin qarşısını almağa yönəlmiş qanun layihəsi təqdim edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30