azturkxeber.az
http://azturkxeber.az

Avropa anbarlarında qaz ehtiyatları 50 faizi ötüb

10-06-2025

Avropa anbarlarında qaz ehtiyatları 50 faizi ötüb

Avropada havaların isinməsi fonunda regionun yeraltı qaz anbarlarında toplanmış mavi yanacaq ehtiyatlarının həcmi 50 faizi ötüb.

“Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, iyunun əvvəlindən bəri Avropa İttifaqı ölkələri tərəfindən maye qaz idxalı bu ay üçün rekord səviyyədə yüksəlib.

İyunun 8-də anbarlara qaz doldurulması 493 milyon kubmetr, qaz götürülməsi isə 19 milyon kubmetr təşkil edib. Hazırda Avropanın yeraltı anbarlarında 56,4 milyard kubmetr (51,4 faiz) qaz var ki, bu da son beş ilin analoji dövrünün orta göstəricisindən 10,45 faiz azdır.

Avropa Komissiyasının tələblərinə əsasən, üzv ölkələr hər il noyabrın 1-dək özlərinin qaz anbarlarını 90 faizədək doldurmalıdır.

Bu həftə Avropada havanın öncəki yeddi günlə müqayisədə isti keçəcəyi proqnozlaşdırılır. May ayında Avropanın elektrik enerjisi istehsalında külək generasiyasının payı 15 faiz, iyun ayının ötən dövründə isə ortalama 16 faiz olub.

Mayda terminallardan Avropanın qazötürmə sisteminə maye qaz vurulması müşahidələr dövrünün ən maksimal səviyyəsinə çatıb. Hazırda bu göstərici maksimum gücün 56 faizini təşkil edir.

London ICE birjasında min kubmetr qazın qiyməti mayda ortalama 412 dollar, iyunda isə 422 dollar olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30