azturkxeber.az
http://azturkxeber.az

“ASAN Viza”da xüsusi gün - kiçik yaş, böyük missiya

31-05-2025


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sosial təşəbbüs reallaşdırıb.

Təşəbbüs çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkəyə gələn xarici qonaqları “ASAN Viza” əməkdaşları əvəzinə uşaqlar qarşılayıblar.

Məqsəd uşaqlar üçün bu əlamətdar gündə xoş təəssürat və sevincli anlar yaşatmaq, yaddaqalan təcrübə əldə etmələrinə dəstək olub.

Xarici qonaqlar uşaqlar tərəfindən ölkəmizin mədəniyyəti, qonaqpərvərliyi və digər istiqamətlərdə məlumatlandırılıblar.

Bu təşəbbüs “ASAN xidmət” brendinin sosial məsuliyyət tədbirlərinə önəminin artırılması, həm də ölkəmizdə multikulturalizm və tolerantlıq dəyərlərinin təbliği istiqamətində atılan növbəti addımdır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyun 2016-cı il tarixli Fərmanı əsasında yaradılan “ASAN Viza” sisteminin idarəedilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

“ASAN Viza” www.evisa.gov.az elektron viza portalı vasitəsilə və Azərbaycan Respublikasında yerləşən beynəlxalq hava limanlarında vizaların verilməsi istiqamətləri üzrə fəaliyyət göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031