azturkxeber.az
http://azturkxeber.az

Pakistanda keçirilən kursda iştirak edən hərbi qulluqçularımız Vətənə qayıdıb

29-05-2025

Pakistan İslam Respublikasında Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup ixtisaslı mütəxəssislərinin iştirakı ilə keçirilən kurs başa çatıb.

Azturkxeber.az xəbər verir ki, müvafiq kursu uğurla başa vuran hərbi qulluqçularımızın Azərbaycana qayıtması münasibətilə tədbir keçirilib.

Kurs müddətində hərbi mütəxəssislərimiz dost və qardaş ölkə Pakistan HHQ-nin heyəti ilə qarşılıqlı fəaliyyət göstərərək yüksək nəzəri və praktiki bacarıqlarını nümayiş etdiriblər.
Vətənə qayıdan hərbi qulluqçularla görüşən Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə şəxsi heyətin fəaliyyətini yüksək qiymətləndirib.
Nazir müavini kursu müvəffəqiyyətlə başa vuran bütün heyəti fəxri fərmanla mükafatlandırıb.
Kursda yüksək peşəkarlıq nümayiş etdirən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “kiçik gizir” hərbi rütbəsi ilə təltif edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031