azturkxeber.az
http://azturkxeber.az

Liverpulda baş verən insident zamanı yaralananların sayı 79-a çatıb

29-05-2025

Liverpulda baş verən insident zamanı yaralananların sayı 79-a çatıb

Futbol üzrə İngiltərə Premyer Liqasının 2024–2025-ci il mövsümünün qalibi olan “Liverpul” klubunun çempionluq paradı zamanı baş verən insident nəticəsində yaralananların sayı 79-a yüksəlib.

Hadisə şəhərin mərkəzindəki” Water Street” küçəsində qeydə alınıb. İzdihamın içərisinə sürülən avtomobil onlarla insanın xəsarət almasına səbəb olub. Yaralılardan yeddisi hazırda xəstəxanadadır və onların vəziyyətinin sabit olduğu bildirilir.

Polis hadisə ilə bağlı istintaqı davam etdirir. 53 yaşlı sürücü artıq saxlanılıb və onu dindirmək üçün hüquq-mühafizə orqanlarına əlavə vaxt verilib. Şəxs qəsdən adam öldürməyə cəhd, təhlükəli sürücülük və narkotik maddələrin təsiri altında sükan arxasında olmaqda şübhəli bilinir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031