azturkxeber.az
http://azturkxeber.az

“LATIFA” Laçın tikiş fabrikində gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq

29-05-2025

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. “LATIFA” Laçın tikiş fabriki də bu parkda, Zerti kəndində yerləşir.

Fabrikin layihə rəhbəri Asiya Lahıcova müsahibəsində bildirib ki, müəssisədə ilkin olaraq 30 nəfər işlə təmin edilib. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Burada çalışan xanımlar Laçın sakinləridir. Onlar üçün təlimlər keçirilib, təcrübə qazanmaları üçün şərait yaradılıb.

Hazırda fabrikdə ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər çeşid məhsullar istehsal olunur.

Qeyd edək ki, uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Eyni zamanda, Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin, ümumilikdə, ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031