azturkxeber.az
http://azturkxeber.az

Numan Kurtulmuş: Türkiyə-Azərbaycan qardaşlığının əbədi olmasını arzulayıram

28-05-2025

Numan Kurtulmuş: Türkiyə-Azərbaycan qardaşlığının əbədi olmasını arzulayıram

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan rəhbərliyini və xalqını təbrik edib.

Türkiyə parlamentinin sədri sosial şəbəkələrdəki paylaşımında ölkəmizə səmimi təbriklərini çatdırıb.

Təbrik mesajında vurğulanır ki, Türkiyə ilə Azərbaycanı tarixi, mədəni və siyasi birlikdən çox-çox kənara çıxan möhkəm qardaşlıq bağları birləşdirir. N. Kurtulmuş daha sonra qeyd edib: “Qardaşlığımızın əbədi olmasını arzulayıram”.

Türkiyə Böyük Millət Məclisinin sədri “Bir millət, iki dövlət” kəlamı işığında Türkiyə ilə Azərbaycanın bundan sonra da istənilən şəraitdə və bütün platformalarda birləşəcəyinə əminliyini ifadə edib.

"Qardaş Azərbaycan üçün bu əlamətdar gündə müstəqillik uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad edir, Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıqla dolu gələcək arzulayıram", -deyə N. Kurtulmuş mesajında qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031