azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda Heydər Əliyev su anbarının ətrafında təmizlik aksiyası keçirilib

28-05-2025

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə növbəti təmizlik aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Heydər Əliyev su anbarının ətrafında təşkil edilən aksiyada könüllülər fəal iştirak edərək ərazini tullantılardan təmizləyib, səliqə-sahman yaradıb və ətraf mühitin qorunmasına olan həssaslıqlarını nümayiş etdiriblər.

Aksiya zamanı gənclər həm təmizlik işləri görüb, həm də təbiətin qoynunda istirahət ediblər. Bununla da cəmiyyətə təbiəti qorumaqla keyfiyyətli istirahətin mümkün olduğu mesajını veriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031