azturkxeber.az
http://azturkxeber.az

Moskvanın Domodedovo aeroportunda Azərbaycanın Müstəqillik Günü münasibətilə LED panellər quraşdırılıb

28-05-2025

Moskvanın Domodedovo aeroportunda Azərbaycanın Müstəqillik Günü münasibətilə LED panellər quraşdırılıb

Rusiyanın ən böyük nəqliyyat qovşaqlarından biri olan Domodedovo Beynəlxalq Hava Limanında 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklər olan parlaq LED panellər quraşdırılıb.

Ekranlarda Dövlət Bayrağı və “28 May – Azərbaycanın Müstəqillik Günü” yazısı əks olunub. Rusiyanın ən böyük hava limanlarından birində Azərbaycan rəmzlərinin nümayişi ölkəmizin tarixinə və dövlətçiliyinə hörməti əks etdirir, həmçinin iki ölkə arasında sıx humanitar və mədəni əlaqələri vurğulayır.

Xatırladaq ki, 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti elan edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031