azturkxeber.az
http://azturkxeber.az

Moldova Prezidenti Azərbaycan xalçaları sərgisi ilə tanış olub

28-05-2025

Moldova Respublikasının Prezidenti Maya Sandu mayın 28-də Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyevlə birlikdə Azərbaycanın Müstəqillik Günü münasibətilə Milli Tarix Muzeyində təşkil olunmuş Azərbaycan xalçalarından ibarət sərgi ilə tanış olub.

Azturkxeber.az Moldova Prezidentinin saytına istinadla xəbər verir ki, sərgidə Azərbaycanın müxtəlif bölgələrinə məxsus ənənəvi və müasir xalçalar nümayiş etdirilir. Hər iki ölkənin mədəni irsinin ortaq elementi olan xalçaçılıq sənəti mədəniyyətlərarası dialoqun rəmzi kimi vurğulanıb.

Prezident Sandu iki ölkə arasında ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb və bu kontekstdə onun Tiranada Avropa Siyasi Birliyinin Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevlə görüşünü qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031