azturkxeber.az
http://azturkxeber.az

BDU tələbələri "FICS 2025" startap müsabiqəsinin qalibi olub

28-05-2025

BDU tələbələri "FICS 2025" startap müsabiqəsinin qalibi olub

Bakı Dövlət Universitetinin (BDU) “BDU TETYM” komandası “FICS 2025” startap müsabiqəsində üçüncü yerə layiq görülərək bu ilin avqustunda Pakistan İslam Respublikasında keçiriləcək böyük finala vəsiqə qazanıb.

BDU-dan bildirilib ki, mayın 27-də Azərbaycan Texniki Universiteti və Pakistanın Milli Elm və Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə “İnnovativ və yaradıcı həllərin tapılması” adlı beynəlxalq startap müsabiqəsinin ilkin mərhələsi keçirilib. Beynəlxalq müsabiqədə Azərbaycanın 21 ali təhsil müəssisəsindən 60 komanda, Qazaxıstanın 1 universitetindən isə 2 komanda iştirak edib.

Qeyd edək ki, FICS (Finding Innovative & Creative Solutions) Pakistan İslam Respublikasında 2013-cü ildən etibarən hər il keçirilən ən böyük startap müsabiqəsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031