azturkxeber.az
http://azturkxeber.az

Regionlarda 28 May – Müstəqillik Günü münasibətilə maarifləndirici tədbirlər keçirilib

27-05-2025

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Zərdab, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 26-27 may 2025-ci il tarixlərində təhsil müəssisələrində mərkəzlərin və yerli idarələrin əməkdaşları, tarix müəllimləri və şagirdlərin iştirakı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində 28 May – Müstəqillik Günü münasibətilə maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə çıxış edənlər Azərbaycan Xalq Cumhuriyyətinin yaranması və fəaliyyəti haqqında iştirakçılara məlumat verib, eyni zamanda Vətən müharibəsində ordumuzun keçdiyi döyüş yolu, işğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, vətəndaşlarımızın doğma yurdlarına qayıtmasından danışıblar.

Tədbirlərdə mövzu ilə əlaqəli video material, məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031