Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının sədrlərini qəbul edib



Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının sədrlərini qəbul edib.
Mərkəzi Bankın sədri Taleh Kazimovun iştirak etdiyi görüşdə üzv dövlətlərin maliyyə sektorları arasında əməkdaşlığın gücləndirilməsinin daha geniş iqtisadi tərəfdaşlığa imkan yarada biləcəyi vurğulanıb. Bu prosesdə mərkəzi bankların rolunun əhəmiyyəti xüsusi olaraq qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: