azturkxeber.az
http://azturkxeber.az

Peru Konqresi Azərbaycanın müstəqilliyinin 107-ci ildönümü münasibətilə bəyanat qəbul edib

27-05-2025

Peru Konqresi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü münasibətilə dünya azərbaycanlılarına təbriklə bağlı bəyanat qəbul edib.

Bəyanatda Azərbaycan Xalq Cümhuriyyətinin bütün vətəndaşlarına bərabər hüquqlarla təmin edən respublika, Şərqin ilk demokratiyası olduğu qeyd edilir. Azərbaycanda bütün dinlərin və etnik qrupların sülh və əmin-amanlıq şəraitində yaşadıqları vurğulanır.

Ölkəmizin uzun illər davam edən xarici işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi, hazırda isə Cənubi Qafqaz regionunda davamlı və dönməz sülhün əldə olunması, eləcə də sabitlik və təhlükəsizliyin bərpası istiqamətində addımları təqdir edilir.

Qeyd edilir ki, bütün dünya azərbaycanlıları 28 may tarixini Azərbaycanın milli bayramı kimi qeyd edir və öz əcdadlarının bütün Qafqaz regionunda, Orta Asiya və Yaxın Şərqdə demokratiyanın yayılmasında oynadıqları rolu daim xatırlayırlar.

Ölkəmizin Peru üçün mühüm tərəfdaş olduğu qeyd edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031